Yəməndə həbsxanaya hava hücumunda ölənlərin sayı 87 nəfərə çatıb

Yəməndə həbsxanaya hava hücumunda ölənlərin sayı 87 nəfərə çatıb Yəməndə həbsxanaya hava hücumunda ölənlərin sayı 87 nəfərə çatıb.
Digər ölkələr
23 Yanvar , 2022 00:17
Yəməndə həbsxanaya hava hücumunda ölənlərin sayı 87 nəfərə çatıb

Yəməndə həbsxanaya hava hücumunda ölənlərin sayı 87 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə “Əl-Masirah” telekanalı məlumat yayıb.

Yaralı sayı 226 nəfər təşkil edir.

Yanvarın 21-də Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndə husilərin qiyam qaldırdığı həbsxanaya hava zərbələri endirib. İlkin məlumatlarda 70 nəfərin öldüyü, 140-a yaxın insanın yaralandığı bildirilirdi.

Xilasedicilər dağıntılar altından qurbanları və ölənlərin meyitlərini çıxarmaqda davam edir.

2014-cü ilin avqustundan Yəməndə hökumət qüvvələri ilə husilərin silahlı birləşmələri arasında qarşıdurma davam edir. Münaqişə dünyanın ən böyük humanitar böhranına səbəb olub. BMT-nin məlumatına görə, 24 milyondan çox yəmənli - ölkə əhalisinin təxminən 80%-i humanitar yardıma ehtiyac duyur, məcburi köçkünlərin sayı isə 3 milyonu ötüb.

Son xəbərlər

Orphus sistemi