Yuxarı

​Yəməndə gün ərzində gedən şiddətli döyüşlər zamanı 40-dan çox insan ölüb

Ölkədə 2014-cü ildən müharibə gedir

Bakı. 26 iyun. REPORT.AZ/ Küveytdə sülh danışıqlarının davam etməsinə baxmayaraq, Yəmənin müxtəlif rayonlarında gedən şiddətli döyüşlər zamanı 40-dan çox insan həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadən "Frans Press" məlumat verib.

Bu gün Küveytdə səfərdə olan BMT-nin baş katibi Pan Gi Munun münaqişə tərəfləri ilə bir masa arxasında görüşəcəyi gözlənilir. Danışıqlar iki aydan çoxdur davam etsə də, hələ ki, bir nəticə yoxdur.

Agentliyin məlumatına görə, son sutka ərzində üsyançı husilər Yəmənin cənubunda yerləşən Lahc və Taiz şəhərləri ilə sərhəddə hücum təşkil ediblər. Onlara yerli hakimiyyəti dəstəkləyən ərəb koalisiyasının təyyarələri qarşılıq verib. Həmçinin ordu ilə toqquşma baş verib. Bir neçə rayonda təqribən 16 üsyançı və 3 hərbçi həyatını itirib.

Taiz şəhərində husilərin yerli hərbi bazaya hücum etməsi nəticəsində daha 6 hərbçi ölüb.

Husilərin daha bir hücumu ölkənin şimalında yerləşən Naham rayonunda qeydə alınıb. Orada sutka ərzində 9 husi və 7 hərbçi həlak olub.

Yəməndə 2014-cü ildən silahlı münaqişə gedir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi