Yəməndə gedən döyüşlərdə 40 husi öldürülüb

Yəməndə gedən döyüşlərdə 40 husi öldürülüb Döyüş zamanı hökumət qüvvələrinin 7 əsgəri yaralanıb
Digər ölkələr
5 Noyabr , 2017 01:18
Yəməndə gedən döyüşlərdə 40 husi öldürülüb

Bakı. 5 noyabr. REPORT.AZ/ Yəmənin cənubundakı Taiz şəhərində ölkənin keçmiş prezidenti Əli Abdulla Salihinin tərəfdarları və husilərlə döyüşlərdə 40 husi öldürülüb.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyinə hökumətyönlü qüvvələrin Taizdəki nümayəndəsi, polkovnik Əbdülbasit əl-Bəhr xəbər verib.

O, bildirib ki, döyüşlər zamanı onlarla silahlı yaralanıb. Polkovnikin sözlərinə görə, husilər ordunun mövqelərinə hücum ediblər. Döyüş zamanı hökumət qüvvələrinin 7 əsgəri yaralanıb. Onların bir neçəsinin vəziyyəti ağırdır.

Husilər həmçinin hökumət qüvvələrinin Taiz yaxınlığında, Laxc vilayətindəki Əl-Mukatar rayonundakı mövqelərinə də hücum ediblər. Silahlılar Taiz-Laxc yolunu – Adenə aparan yolu bağlamaq istəyiblər. Lakin onların bu cəhdi uğursuz olub.

Son xəbərlər

Orphus sistemi