Yuxarı

​Yəməndə ərəb koalisiyasına məxsus hərbi gəmi vurulub

Üsyançıların sahildən atdığı raket hədəfə tuş gəlib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Yəmənin ölkə prezidenti Mənsur Hadiyə qarşı çıxan "Ənsar Allah" hərəkatının (Husilər) üzvləri ərəb koalisiyasına məxsus hərbi gəmini vurduqlarını bəyan ediblər.

"Report" xəbər verir ki, bu barədə yerli "Saba" agentliyi məlumat yayıb.

Hərbi mənbədən verilən məlumata görə, gəmi Qırmızı dənizin Muxa şəhəri sahillərində vurulub.

"Husilər tərəfindən sahildən atılan raket hədəfə dəqiq düşüb və bu, hərbi gəminin tamamilə məhv olmasına gətirib çıxarıb", - deyə mənbə qeyd edib.

Ərəb koalisiyası məlumatı təkzib edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi