Bakı. 4 mart. REPORT.AZ/ Yəmənin əl-Beyda əyalətinin mərkəzində "əl-Qaidə" terrorçularının qiyamçı husilərə bir neçə hücumu nəticəsində 27 nəfər ölüb, onlarla insan yaralanıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, "əl-Qaidə"nin Ərəbistan yarımadasındakı qolunun silahlıları husilərin əl-Beydada təlim keçdiyi stadiona hücum ediblər. Bu zaman 10 nəfər ölüb, onlarla insan yaralanıb.
Təhlükəsizlik xidmətinin təmsilçisi bildirib ki, Əl-Beyda əyalətinin əl-Zahir rayonundakı məktəbin yaxınlığında, adamların çox olduğu yerdə intiharçının avtomobili partlatması nəticəsində isə 8 nəfər ölüb, 12 nəfər yaralanıb. Bundan başqa, elə həmin rayonda husilərin patrul maşınının partladılması nəticəsində 9 husi ölüb.
Hər iki partlayışın məsuliyyətini "əl-Qaidə" öz üzərinə götürüb