Yəmənin paytaxtı Ədən şəhərinin hava limanında baş vermiş partlayış nəticəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) üç əməkdaşı ölüb.
"Report" xəbər verir ki, bu barədə təşkilatın rəsmi tvitter səhifəsində məlumat verilib.
Qeyd olunub ki, vəfat edənlərin biri Yəmən, digəri isə Ruanda respublikasının vətəndaşıdır.
Xatırladaq ki, Yəmənin paytaxtı Ədən şəhərinin hava limanında baş vermiş partlayış və silahlı hücum nəticəsində 27 nəfər ölüb.
Yəmənin paytaxtı Ədən şəhərinin hava limanında bu gün baş vermiş partlayış və silahlı hücum nəticəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bir əməkdaşı ölüb, üçü yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.
“Həmkarlarımızdan birinin Ədən hava limanında baş verən partlayışda vəfa etdiyinə görə çox kədərləndik. Digər iki nəfər itkin düşüb, üç nəfər isə yaralanıb” qurumun rəsmi tvitter hesabından bildirilib.
Qeyd edək ki, bu gün Yəmənin paytaxtı Ədən şəhərinin beynəlxalq hava limanında yeni hökumətin üzvlərini daşıyan təyyarə yerə enərkən partlayış törədilib.