Bakı. 14 oktyabr. REPORT.AZ/ Yəmənin Hodeyda əyalətində içərisində mülki vətəndaşların olduğu mikroavtobusa endirilən raket zərbəsi nəticəsində azı 15 nəfər ölüb, 20 nəfər yaralanıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiya İdarəsi məlumat yayıb.
Bundan əvvəl Yəmən üsyançıları Səudiyyə Ərəbistanına məxsus tankı vurublar.