Yəməndəki münaqişə tərəfləri atəşkəsin daha iki ay uzadılması barədə razılığa gəliblər.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq bildirib.
Onun sözlərinə görə, atəşkəsi 2 oktyabr 2022-ci il tarixinədək uzadılıb.
Qrundberq vurğulayıb ki, razılaşma atəşkəsin bitməsinə bir neçə saat qalmış əldə olunub.
Xatırladaq ki, Yəməndə vətəndaş müharibəsi 2015-ci ildən davam edir. BMT-nin hesabatlarına görə, müharibə başlayandan 2021-ci ilin sonuna qədər 377 min insan hərbi əməliyyatların qurbanı olub.