Yəməndə 3 ildə 86 dinc sakin ABŞ-ın hücumlarının qurbanı olub

Yəməndə 3 ildə 86 dinc sakin ABŞ-ın hücumlarının qurbanı olub 2017-ci ildən Yəməndə 86 dinc sakin ABŞ qoşunlarının keçirdiyi hücumların qurbanı olub.
Digər ölkələr
30 Oktyabr , 2020 05:59
Yəməndə 3 ildə 86 dinc sakin ABŞ-ın hücumlarının qurbanı olub

2017-ci ildən Yəməndə 86 dinc sakin ABŞ qoşunlarının keçirdiyi hücumların qurbanı olub.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya məxsus, münaqişə zonalarında dinc əhali arasında qurbanların monitorinqi ilə məşğul olan “AirWars” təşkilatının hesabatında deyilir.

Sənədə əsasən, ABŞ-ın hərbi qüvvələri 2017-ci ildən Yəməndə əsasən havadan 190 hücum təşkil edib, nəticədə onlarla mülki şəxs həlak olub.

Hesabatda deyilir ki, ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) Donald Trampın Birləşmiş Ştatlara başçılıq etməsindən az sonra elan edib ki, "Al-Qaida"nın özəyinə zərbə nəticəsində ərəb yarımadasında 12 dinc sakin öldürülüb. Amma məruzə müəllifləri iddia edirlər ki, hücumun qurbanı 20 dinc sakin olub.

Təşkilat bildirib ki, Yəməndə 2017-ci ildə daha iki reyd keçirilib. Nəticədə mülki əhali arasında qurbanların sayı artıb.

CENTCOM-un 2018 və 2019 ildə dinc əhali arasında itkilər haqqında hesabatında deyilir ki, Yəməndə mülki əhali arasında qurban yoxdur. Bundan başqa, komandanlıq bildirib ki, Yəməndə son hücum 2019-cu ilin iyununda keçirilib.

Son xəbərlər

Orphus sistemi