Yəməndə baş vermiş döyüşlərdə 12 husi silahlısı öldürülüb

Yəməndə baş vermiş döyüşlərdə 12 husi silahlısı öldürülüb Döyüşlər zamanı hökumət qüvvələrinin də 3 hərbçisi həlak olub
Digər ölkələr
24 Aprel , 2017 04:32
Yəməndə baş vermiş döyüşlərdə 12 husi silahlısı öldürülüb

Bakı. 24 aprel. REPORT.AZ/ Yəməndə hökumət qüvvələri ilə devrilmiş prezident Əli Abdulla Salihi dəstəkləyən "Ənsərullah" (husilər) hərəkatının üzvləri arasında döyüş baş verib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, silahlı qarşıdurma Taiz vilayətində qeydə alınıb.

Xalq qüvvələri müqavimətinin mətbuat katibi Abdulla əş-Şabi bildirib ki, döyüş zamanı 12 husi silahlısı öldürülüb. Onun sözlərinə görə, hökumət qüvvələri husilərin Taizin qərbində, Mevza ərazisinə nəzarətinə son qoyublar. 

Bundan başqa onlar Lahic vilayətində Mevza və Kexbub rayonlarını əlaqələndirən yola da nəzarəti ələ alıblar.

Mətbuat katibi bildirib ki, döyüşlər zamanı hökumət qüvvələrinin də üç hərbçisi həlak olub.

Son xəbərlər

Orphus sistemi