​Yəməndə 12 "Əl-Qaidə" terrorçusu məhv edilib

​Yəməndə 12 "Əl-Qaidə" terrorçusu məhv edilib Anti-terror əməliyyatı zamanı iki polis əməkdaşı ölüb
Digər ölkələr
13 Mart , 2016 10:29
​Yəməndə 12 Əl-Qaidə terrorçusu məhv edilib

Bakı. 13 mart. REPORT.AZ/ Ötən gün Yəmənin Ədən şəhərində quru və hava əməliyyatları zamanı "Əl-Qaidə" terror təşkilatının 12 üzvü zərərsizləşdirilib.

"Report" AFP-yə istinadən xəbər verir ki, əməliyyat zamanı, həmçinin iki polis əməkdaşı ölüb.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi anti-terror koalisiyasının qırıcı və vertolyotları yerüstü əməliyyatlara dəstək məqsədi ilə 4 raket zərbəsi endirib.

Daha sonra toqquşmalar Mənsur şəhər limanı ərazisində davam edib.

Son xəbərlər

Orphus sistemi