​Yəmən üsyançıları ABŞ səfirliyinin avtomobil və silahlarını ələ keçiriblər

​Yəmən üsyançıları ABŞ səfirliyinin avtomobil və silahlarını ələ keçiriblər Təqribən 20 maşın üsyançılar tərəfindən mənimsənilib
Digər ölkələr
12 Fevral , 2015 01:46
​Yəmən üsyançıları ABŞ səfirliyinin avtomobil və silahlarını ələ keçiriblər

Bakı. 12 fevral. REPORT.AZ/ ABŞ-ın Yəməndəki səfirliyi bağlandıqdan sonra diplomatların bu ölkədə qoyub getdikləri avtomobillər yerli üsyançıların əlinə keçib.

"Report" xəbər verir ki, bu barədə Səna hava limanının nümayəndəsinə istinadən CNN telekanalı məlumat yayıb.

"Reuters"in məlumatına görə, təqribən 20 maşın ələ keçirilib.

Bundan əlavə, CNN-in məlumatına görə, hava limanına nəzarət edən husilər səfirliyi mühafizə edən dəniz piyadalarının öz silahlarını ABŞ-a aparmalarına icazə verməyiblər.

ABŞ Dövlət Departamenti çərşənbə günü Yəməndəki səfirliyinin işini dayandıraraq diplomatik nümayəndəliyin əməkdaşlarını təxliyə edib. Birləşmiş Ştatlar vətəndaşlarını Yəmənə səfər etməkdən çəkinməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi