Yuxarı

​Yəmən prezidenti ölkəsinə qayıdıb

Onun təyyarəsi Ədən şəhərinin hava limanında yerə enib

Bakı. 17 noyabr. REPORT.AZ/ Yəmən prezidenti Abd-Rabbu Mansur Hadi vətəninə qayıdıb.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Məlumata görə, onun təyyarəsi hakimiyyətin nəzarəti altında olan Ədən şəhərinin hava limanında yerə enib.

Qeyd edək ki, Hadi husilərin qiyamından sonra ölkəsini tərk edib. Abd-Rabbu Mansur Hadi mühacirətdən sonra ilk dəfə bu ilin sentyabrında Yəmənə qayıtmışdı. Qısa müddət sonra isə ölkəsini yenidən tərk etmişdi.

Xatırladaq ki, bir müddət öncə Yəməndəki ərəb dövlətləri hərbi koalisiyasına başçılıq edən Səudiyyə Ərəbistanı qiyamçı husilərə qarşı savaşın tezliklə başa çatacağını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi