Yəmən İsrailin mərkəzinə raket zərbələri endirib, yaralılar var

Digər ölkələr
  • 21 dekabr, 2024
  • 04:47
Yəmən İsrailin mərkəzinə raket zərbələri endirib, yaralılar var

Yəmənin raket hücumu nəticəsində İsraildə bir neçə nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrin məlumat yayıb.

Qeyd olunub ki, Tel-Əviv-Yaffa bölgəsində düşmüş mərmi aşkar edilib.

Hadisə nəticəsində bir neçə nəfər yüngül xəsarət alıb və onlara tibbi yardım göstərilib. Hadisə yerində hüquq-mühafizə orqanları işləyir.

İsrail Müdafiə Nazirliyi Yəməndən atılan raketin qarşısını almaq cəhdinin uğursuz olduğunu etiraf edib.

Son xəbərlər

Bütün Xəbər Lenti