Yəmənin hava limanında törədilən partlayışda ölənlərin sayı artıb, 40-dan artıq yaralı var

Yəmənin hava limanında törədilən partlayışda ölənlərin sayı artıb, 40-dan artıq yaralı var Yəmənin cənubunda Ədən beynəlxalq hava limanı yaxınlığında güclü partlayış baş verib
Digər ölkələr
30 Oktyabr , 2021 22:33
Yəmənin hava limanında törədilən partlayışda ölənlərin sayı artıb, 40-dan artıq yaralı var

Yəmənin cənubunda Ədən Beynəlxalq Hava limanı yaxınlığında törədilən partlayışda ölənlərin sayı artıb.

"Report" bu barədə İHA-ya istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə zamanı 12 nəfər həyatını itirib, daha 43 nəfər yaralanıb.

Ədəndəki Əl-Cumhuri Xəstəxanasının rəsmiləri yaralıların təcili yardım mərkəzində müalicə olunduğunu və bütün tibb işçilərinin səfərbər edildiyini bildirib. Rəsmi, həmçinin yaralılar üçün qanvermə çağırışının olduğunu da açıqlayıb.

Qeyd edək ki, partlayış hava limanı yaxınlığındakı hoteldə güclü yanğına səbəb olub.

19:48

Yəmənin cənubunda Ədən Beynəlxalq Hava limanı yaxınlığında güclü partlayış baş verib.

"Report" bu barədə "Al-Arabiyya" telekanalına istinadən xəbər verir.

Partlayış nəticəsində azı 10 nəfərin öldüyü bildirilir.

Məlumata görə, avtomobilə quraşdırılmış mina partladılıb.

Son xəbərlər

Orphus sistemi