Yekun nəticə: Yunanların 61,31%-i kreditorlarla sazişin əleyhinə səs verib

Yekun nəticə: Yunanların 61,31%-i kreditorlarla sazişin əleyhinə səs verib Kreditorların təklif etdiyi şərtləri səs verənlərin 38,69%-i dəstəkləyib
Digər ölkələr
6 İyul , 2015 05:38
Yekun nəticə: Yunanların 61,31%-i kreditorlarla sazişin əleyhinə səs verib

Bakı. 6 İyul. REPORT.AZ/ Yunanların 61,31 faizi kreditorlarla ölkənin borcları üzrə sazişin şərtlərinə qarşı çıxış ediblər.

"Report" TASS-a istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi tərəfindən iyulun 5-də elan olunan referendum üzrə bülletenlərin 100 faizinin hesablanmasından sonra ortaya çıxan yekun nəticə belə deməyə əsas verir.

Kreditorlar tərəfindən təklif olunan şərtləri səs verənlərin 38,69 faizi dəstəkləyib.

Referendumda qeydiyyata alınan seçicilərin 62,50 faizi iştirak edib.

Son xəbərlər

Orphus sistemi