Yaponların əksəriyyəti Paris faciəsinin Yaponiyada təkrarının mümkünlüyünə inanır

Yaponların əksəriyyəti Paris faciəsinin Yaponiyada təkrarının mümkünlüyünə inanır Respondentlərin 79,7 faizi güman edir ki, Fransada törədilmiş terror aktlarının Yaponiyada təkrarlana bilər
Digər ölkələr
29 Noyabr , 2015 17:35
Yaponların əksəriyyəti Paris faciəsinin Yaponiyada təkrarının mümkünlüyünə inanır

Bakı. 29 noyabr. REPORT.AZ/ Yaponların təqribən 80 faizi Parisdə törədilmiş terror aktlarının Yaponiyada təkrarının mümkünlüyünə inandıqlarını bildirib. Bunu Kyodo agentliyinin apardığı ictimai sorğunun nəticələri təsdiq edir.

Respondentlərin 79,7 faizi güman edir ki, Fransada törədilmiş terror aktlarının Yaponiyada təkrar olunması tamamilə mümkündür. Bundan əlavə, rəyi soruşulanların 56,3 faizi Paris faciəsindən dərhal sonra hökumətin fövqəladə iclasının keçirilməməsindən narazılıqlarını bildirib.

Baş nazir Şinzo Abe başda olmaqla Yaponiya hökuməti Parisdə baş vermiş faciədən sonra əhalinin təhlükəsizliyinin təmin olunması ilə əlaqədar tədbirlərin gücləndirilməsi ilə bağlı müxtəlif planlar barədə dəfələrlə bəyan edib. Rəsmi Tokio Yaponiya Xarici İşlər Nazirliyi yanında Beynəlxalq Terrorizm Haqda İnformasiyaların Toplanması Mərkəzinin yaradıldığını elan edib. Eyni zamanda, hökumətdən bildiriblər ki, 2020-ci ildə Tokio Yay Olimpiya Oyunları zamanı qonaqların və idmançıların təhlükəsizliyinin təmin olunması ilə bağlı kompleks tədbirlər planı üzərində də iş davam edir.

Son xəbərlər

Orphus sistemi