Yaponiyanın qətlə yetirilmiş Baş nazirinin xanımı qəzaya düşüb

Yaponiyanın qətlə yetirilmiş Baş nazirinin xanımı qəzaya düşüb Yaponiyanın qətlə yetirilən keçmiş Baş naziri Sindzo Abenin həyat yoldaşı Akienin olduğu avtomobil Tokioda qəzaya düşüb.
Digər ölkələr
25 İyul , 2022 18:20
Yaponiyanın qətlə yetirilmiş Baş nazirinin xanımı qəzaya düşüb

Yaponiyanın qətlə yetirilən keçmiş Baş naziri Sindzo Abenin həyat yoldaşı Akienin olduğu avtomobil Tokioda qəzaya düşüb.

“Report” xəbər verir ki, məlumatı Yaponiyanın “Kiodo” agentliyi yayıb.

Bildirilib ki, Akie Abeni müşayiət və mühafizə edən polis diqqətsizlik səbəbindən onun avtomobilinə çarpılıb. Hadisə nəticəsində Akie Abe də daxil olmaqla heç kim xəsarət almayıb.

Qeyd edək ki, Sindzo Abe bu il iyulun 8-də Nara əyalətində seçkiqabağı mitinqdə çıxışı zamanı güllənərək ölümcül yaralanmışdı. O hospitalda vəfat edib. Onun qətlə yetirməkdə şübhəli bilinən 41 yaşlı Tetsuya Yamaqami həbs edilib.

Son xəbərlər

Orphus sistemi