Yaponiyanın Baş naziri Ukraynaya səfər edəcək
Digər ölkələr
- 21 mart, 2023
- 02:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Martın 21-də Yaponiyanın Baş naziri Fumio Kisida Ukraynaya səfər edəcək.
“Report” xəbər verir ki, bu barədə Yaponiyanın “NHK” telekanalı hökumət nümayəndəsinə istinadən məlumat yayıb.
Telekanala görə, səfər çərçivəsində ölkənin hökumət başçısı Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Qeyd edək ki, bu, F. Kisidanın Rusiyanın hərbi təcavüzü başlayandan bəri Ukraynaya ilk səfəridir. O, Yeddilik Qrupu (G7) ölkələrinin başçılarının Ukraynaya səfər etməmiş sonuncu lideri idi.
Xatırladaq ki, səfər planları barədə öncədən bilgi verilməsə də, yanvarın 25-də yaponiyalı siyasətçi bu niyyətdə olduğunu açıqlayıb, lakin yekun qərar verilmədiyini bildirmişdi.
Son xəbərlər
03:40
ABŞ-də "Isaias" qasırğası nəticəsində ölənlərin sayı dördə çatıb
Digər ölkələr03:11
"Türk dünyası dialoqları"nın beşinci müzakirəsi Şimali Kiprdə keçiriləcək
Region02:36
Ər-Riyad hava limanına hücumlarda 12 nəfər həlak olub, 300-dən çox şəxs yaralanıb
Digər ölkələr02:09
Portuqaliya Futbol Federasiyası Ronaldunun noyabrda milli komandaya qayıdacağına ümid edir
Futbol01:45
Yer kürəsində son üç ayın ən güclü maqnit qasırğası müşahidə olunur
Ekologiya01:16
ABŞ-də qasırğa fonunda ehtiyatdan 4 milyon barelədək neftin buraxılmasına icazə verilib
Digər ölkələr00:44
"Euronews": Azərbaycan cüdoçusu karyerasının ən böyük qələbəsini qazana bilərdi
Media00:17
Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
Digər ölkələr00:00