Yaponiyanın Baş naziri nüvə silahı olmayan dünya uğrunda plan hazırlayıb

Yaponiyanın Baş naziri nüvə silahı olmayan dünya uğrunda plan hazırlayıb “Mən nüvə silahı olmayan dünyaya nail olmaqla bağlı məqsədimi açıqlayaraq beynəlxalq ictimaiyyəti əməkdaşlığa çağırmağı planlaşdırıram”.
Digər ölkələr
29 İyul , 2022 14:10
Yaponiyanın Baş naziri nüvə silahı olmayan dünya uğrunda plan hazırlayıb

“Mən nüvə silahı olmayan dünyaya nail olmaqla bağlı məqsədimi açıqlayaraq beynəlxalq ictimaiyyəti əməkdaşlığa çağırmağı planlaşdırıram”.

“Report” xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida “Kiodo” agentliyinə müsahibəsində bildirib.

O, planını nüvə silahının yayılmaması haqqında müqavilənin iştirakçısı olan ölkələrin qarşıdan gələn icmal toplantısında açıqlamaq niyyətində olduğunu söyləyib.

Baş nazir planında Ukraynadakı vəziyyətin nəzərə alınacağını da qeyd edib.

Qeyd edək ki, Fumio Kişida İcmal Konfransında iştirak edəcək Yaponiyanın ilk Baş naziri olacaq.

Xatırladaq ki, nüvə silahının yayılmaması haqqında müqavilənin iştirakçısı olan ölkələrin icmal toplantısı avqustun 1-26-da Nyu-Yorkda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi