Yaponiyanın baş naziri iki ölkəyə səfərini təxirə salıb

Yaponiyanın baş naziri iki ölkəyə səfərini təxirə salıb Yaponiyanın baş naziri Yoşihide Suqa Hindistan və Filippinə səfərini təxirə salıb
Digər ölkələr
21 Aprel , 2021 10:24
Yaponiyanın baş naziri iki ölkəyə səfərini təxirə salıb
Yoşihide Suqa

Yaponiyanın Baş naziri Yoşihide Suqa Hindistan və Filippinə səfərini təxirə salıb.

“Report” TASS-a istinadən xəbər verir ki, səfər aprelin sonu-mayın əvvəlinə planlaşdırılmışdı.

Səfərin təxirə salınmasının əsas səbəbi Yaponiya və Hindistanda koronavirusun surətlə yayılmasıdır.

Qeyd edək ki, Yaponiyanın baş naziri aprelin 16-da ABŞ-a səfər edib və Vaşinqtonda Prezident Cozef Baydenlə görüşüb.

Xatırladaq ki, Yaponiyada bu günə qədər 540,000 nəfər virusa yoluxub, onlardan 9,707 xəstə ölüb.

Hindistanda isə COVID-19-a 15,6 milyon insan yoluxub, 182 min nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi