Yaponiyanın baş naziri ABŞ-a səfər edəcək

Yaponiyanın baş naziri ABŞ-a səfər edəcək Bakı. 9 mart. REPORT.AZ/ Yaponiyanın baş naziri Sindzo Abe ABŞ prezidenti Donald Trampla görüşmək üçün apreldə Vaşinqtona səfər edəcək.
Digər ölkələr
9 Mart , 2018 06:54
Yaponiyanın baş naziri ABŞ-a səfər edəcək
Sputnik/ Michael Klimentyev

Bakı. 9 mart. REPORT.AZ/ Yaponiyanın baş naziri Sindzo Abe ABŞ prezidenti Donald Trampla görüşmək üçün apreldə Vaşinqtona səfər edəcək.

"Report" "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə yapon hökumətinin başçısı bildirib.

"Trampla telefon danışığımız olub. Apreldə ABŞ-a səfər edəcəm. Orada prezidentlə Şimali Koreya problemini müzakirə etmək istərdim", - deyə Abe bildirib.

Bu halda o qeyd edib ki, Koreya Xalq Demokratik Respublikasının denuklarizasiyaya hazır olması ilə bağlı dəyişiklikləri qiymətləndirir.

Daha əvvəl Abe rəsmi Pxenyanın danışıqlara hazır olmasına baxmayaraq, Koreya Xalq Demokratik Respublikasına maksimal təzyiq təklifi ilə çıxış edib.

Son xəbərlər

Orphus sistemi