Yaponiyada yanvarın 1-dən bəri baş verən silsilə zəlzələlər nəticəsində ölənlərin sayı 206 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edilib ki, azı 52 nəfər hələ də itkin düşənlər siyahısındadır.
Son məlumatlara görə, zərərçəkənlərin sayı 567 nəfərdir.