Yaponiyada vulkan püskürməsi və qar uçqunu nəticəsində bir nəfər ölüb

Yaponiyada vulkan püskürməsi və qar uçqunu nəticəsində bir nəfər ölüb Bakı. 23 yanvar. REPORT.AZ/ Yaponiyada vulkan püskürməsi və bunun ardından qar uçqunun yaranması nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
Digər ölkələr
23 yanvar 2018 09:05
Yaponiyada vulkan püskürməsi və qar uçqunu nəticəsində bir nəfər ölüb
AP

Bakı. 23 yanvar. REPORT.AZ/ Yaponiyada vulkan püskürməsi və bunun ardından qar uçqunun yaranması nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yaralılar xəstəxanaya çatdırılıblar.

Kusatsu Beynəlxalq Xizək Kurortunda uçqunun episentrində 7 nəfər, o cümlədən bu bölgədə təlimlər keçən özünümüdafiə qüvvələrinin 6 əməkdaşı olub, onlardan biri ölüb.

Bundan əlavə, püskürmə zamanı vulkanik daşların xəsarət yetirdiyi 10 xizəkçiyə hoteldə ilkin tibbi yardım göstərilib və sonradan onlar xəstəxanalara göndəriliblər.

Qeyd edək ki, bu gün səhər saatlarında Kusatsu Siran dağında vulkanın püskürməsi barədə məlumat daxil olub. Meteoroloqlar dağdakı təhlükənin səviyyəsini mümkün 5-dən 3-cü dərəcəyə aid ediblər.

Son xəbərlər

Orphus sistemi