​Yaponiyada sərnişin avtobusu su anbarına düşüb, 5 nəfər ölüb

​Yaponiyada sərnişin avtobusu su anbarına düşüb, 5 nəfər ölüb Avtobusda 23 nəfər olub
Digər ölkələr
29 May , 2016 20:27
​Yaponiyada sərnişin avtobusu su anbarına düşüb, 5 nəfər ölüb

Bakı. 29 may. REPORT.AZ/ Yaponiyanın Osaka perfekturasında içərisində 23 nəfərin olduğu sərnişin avtobusu su anbarına düşüb, 5 nəfər həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə yerli həkim və polislərə istinadən “Japan Times” nəşri yazıb.

İnsident Kavatinaqano şəhəri yaxınlığında baş verib. Gəzintidən sonra yerli tikinti şirkəti əməkdaşlarını aparan avtobus 10 metr hündürlükdən suya düşüb.

Bir neçə nəfər avtobusdan çıxa bilib, hətta onlardan biri üzərək sahilə gəlib. Bütün sərnişinlər xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərdən biri ağır vəziyyətdədir.

Son xəbərlər

Orphus sistemi