Yaponiyada seçkilərlə bağlı kampaniyaya start verildi

Yaponiyada seçkilərlə bağlı kampaniyaya start verildi Ekspertlər qələbəni birmənali olaraq hazırda hakimiyyətdə olan Liberal-Demokratik Partiyaya verirlər
Digər ölkələr
2 Dekabr , 2014 02:57
Yaponiyada seçkilərlə bağlı kampaniyaya start verildi

Bakı. 2 dekabr. REPORT.AZ/ Yaponiya parlamentinin aşağı palatasına dekabrın 14-nə təyin edilmiş seçkilərlə bağlı kampaniyaya dekabrın 2-də rəsmi olaraq start verildi.

"Report"un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ekspertlər qələbəni birmənali olaraq hazırda hakimiyyətdə olan Liberal-Demokratik Partiyaya verirlər.

Qeyd edək ki, məhz qalib partiyanin təklifi ilə Yaponiyada yeni Baş nazir seçilir.

Bu isə böyük ehtimalla yenə də Liberal-Demokratik Partiyanın lideri, hazrkı hökumət başçısı Sindzo Abe olacaq.

Noyabrın 21-də aşağı palata imperator Akixitonun sərəncamı ilə buraxılmışdı.

Baş nazir Sindzo Abe Yaponiyada iqtisadi problemlər yarandığını vurğulamışdı: “Mənfi iqtisadi göstəricilərlə əlaqədar istehlak vergisinin gələn il nəzərdə tutulduğu həcmdə - 8%-dən 10%-ə artırılması qeyri-müəyyən müddətə təxirə salınır”.

O əlavə etmişdi ki, üçüncü rübdə ümumi daxili məhsul istehsalı ötən ilin uyğun dövrü ilə müqayisədə 1,6% azalıb.

Yaponiyada son parlament seçkisi 2012-ci ilin dekabrında keçirilib. Həmin seçkidə Sindzo Abenin rəhbərlik etdiyi Liberal Demokrat Partiyası qalib gəlib.

Son xəbərlər

Orphus sistemi