Yaponiyada pandemiya qurbanlarının sayı min nəfərə çatdı

Yaponiyada pandemiya qurbanlarının sayı min nəfərə çatdı 20 235 nəfər isə sağalaraq evə buraxılıb
Digər ölkələr
20 İyul , 2020 15:46
Yaponiyada pandemiya qurbanlarının sayı min nəfərə çatdı

Yaponiyada son sutkada COVID-19-a 511 nəfər yoluxub.

“Report” NHK telekanalına istinadən xəbər verir ki, ən çox yoluxma Yaponiyanın paytaxtı Tokioda qeydə alınıb – 327 nəfər.

Bildirilib ki, Hokkaydoda 102, Kanaqavada 98 və Oskada 86 yoluxma faktı qeydə alınıb. Yoluxanların ümumi sayı 26 137 nəfərə çatıb. Son sutkada bir nəfər də ölüb. Bununla da qurbanların sayı min nəfərə yüksəlib.

20 235 nəfər isə sağalaraq evə buraxılıb. Hazırda 43 nəfərin vəziyyəti ağırdır.

Son xəbərlər

Orphus sistemi