Yaponiyada qasırğa və leysan qurbanlarının sayı 98 nəfərə çatıb

Yaponiyada qasırğa və leysan qurbanlarının sayı 98 nəfərə çatıb Yaponiyada tüğyan etmiş Haqibis qasırğasının və ondan sonrakı leysan yağışların qurbanlarının sayı 98 nəfərə çatıb.
Digər ölkələr
29 Oktyabr , 2019 06:41
Yaponiyada qasırğa və leysan qurbanlarının sayı 98 nəfərə çatıb

Yaponiyada tüğyan etmiş "Haqibis" qasırğasının və ondan sonrakı leysan yağışların qurbanlarının sayı 98 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli özünüidarəetmə orqanlarının ümumiləşmiş məlumatlarına əsasən ölkənin Milli İctimai Televiziyası məlumat yayıb.

Bildirilir ki, təbii hadisə zamanı daha 10 nəfər itkin düşüb.

Çərşənbə axşamı Yaponiya hökuməti zərərçəkmiş rayonların ərazisinin fövqəladə fəlakət zonaları elan olunması barədə qərar qəbul edib. Bu da Nazirlər Kabinetinə bərpa işlərinin aparılması üçün dövlət büdcəsindən xərcləri əhəmiyyətli dərəcədə artırmağa imkan verib.

Daha əvvəl bildirilirdi ki, Yaponiyada “Haqibis” qasırğası qurbanlarının sayı 77 nəfərə çatıb. Təbii hadisə zamanı 340-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb. 

Son xəbərlər

Orphus sistemi