Yaponiyada qar uçqunu nəticəsində 6 məktəbli həlak olub

Yaponiyada qar uçqunu nəticəsində 6 məktəbli həlak olub Təbii hadisə zamanı daha üç nəfər yaralanıb, habelə üç nəfər itkin düşüb
Digər ölkələr
27 Mart , 2017 07:04
Yaponiyada qar uçqunu nəticəsində 6 məktəbli həlak olub
Courtesy İmage

Bakı. 27 mart. REPORT.AZ/ Yaponiyanın Totiqi prefekturasının Nasu dağ xizək kurort şəhərində qar uçqunu azı altı məktəblinin ölümünə səbəb olub.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin xilasetmə xidməti funksiyasını da yerinə yetirən yerli yanğınsöndürmə idarəsi xəbər verib.

Məlumata görə, şagirdlər Yaponiyada kliniki ölüm adlandırılan ağciyər və ürək dayanması vəziyyətindədirlər. Ağır vəziyyətdə olan məktəblilərə diaqnozu ancaq həkimlər qoya bilər, xilasedicilər yox.

Bundan başqa, yanğınsöndürmə idarəsinin məlumatına görə, təbii hadisə zamanı daha üç nəfər yaralanıb, habelə üç nəfər itkin düşüb.

Bütün kurort zonasında müxtəlif məktəblərdən təxminən 50 şagird var. Onlar dağ yürüşündə iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi