Yaponiyada parlament seçkiləri vaxtından əvvəl keçiriləcək

Yaponiyada parlament seçkiləri vaxtından əvvəl keçiriləcək Buna səbəb ölkədəki iqtisadi böhranın daha da qlobal xarakter almasıdır
Digər ölkələr
18 Noyabr , 2014 21:20
Yaponiyada parlament seçkiləri vaxtından əvvəl keçiriləcək
Bakı. 18 noyabr. REPORT.AZ/ Yaponiyada 2016-cı ildə keçirilməsi planlaşdırılan parlament seçkilərinin vaxtı dəyişib. "Report"un xarici mətbuata istinadən verdiyi xəbərə görə, seçkilərin tarixinin dəyişməsinə səbəb ölkədəki iqtisadi böhranın daha da qlobal xarakter almasıdır.

Ölkənin baş naziri Şinzo Abe bəyan edib ki, seçkilər cari ilin dekabr ayının 14-də olacaq. O, həmçinin vergilərin artırılması işinin 2017-ci ilə kimi təxirə salındığını da deyib.

Qeyd edək ki, Ş.Abe 2 il bundan əvvəl Yaponiya iqtisadiyyatını gücləndirmək vədi ilə baş nazir seçilib.

Son xəbərlər

Orphus sistemi