Yuxarı
    Bağlamaq

    Yaponiyada leysan yağışlar 6 nəfərin ölümünə səbəb olub

    Ölənlərdən üçü tamamilə su altında qalmış Asakura şəhərində aşkarlanıb

    Bakı. 7 iyul. REPORT.AZ/ Yaponiyanın cənub-qərbindəki Fukuoka və Oita prefekturalarında baş vermiş leysan yağışlar altı nəfər ölümünə səbəb olub, daha 19 nəfərlə əlaqə kəsilib.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Kiodo" agentliyi məlumat yayıb.

    Məlumatda qeyd olunur ki, Oita, Fukuoka və Kumamota prefekturalarında 96 min nəfərin təxliyə rejimi hələ də qalmaqdadır. Ölənlərdən üçü leysan yağışları səbəbindən çayın daşması ilə əlaqədar demək olar, tamamilə su altında qalmış Asakura şəhərində aşkarlanıb. Burada su evlərin birinci mərtəbəsindən yuxarı qalxıb.

    Fukuoka prefekturasının üç kəndində 700 nəfərdən çox insanla əlaqə kəsilib. Kənddə yollar su altında qalıb, humanitar yardımın gətirilməsi mümkün deyil. Hava şəraitinin pisləşməsi səbəbindən yaxın saatlara qədər vertolyotla yardımın gətirilməsi mümkün olmayıb.

    Fəlakət yerinə polis, yanğından mühafizə və özünümüdafiə qüvvələrinin 7,5 min əməkdaşı cəlb edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi