Yaponiyada koronavirusa yoluxanların sayı çoxalır

Yaponiyada koronavirusa yoluxanların sayı çoxalır Yaponiyada COVID-19 virusuna yoluxanların sayı yarımgün ərzində 82 nəfər artaraq 2 518 nəfərə çatıb.
Digər ölkələr
29 Mart , 2020 13:18
Yaponiyada koronavirusa yoluxanların sayı çoxalır

Yaponiyada COVID-19 virusuna yoluxanların sayı yarımgün ərzində 82 nəfər artaraq 2 518 nəfərə çatıb.

“Report” NHK-ya istinadən xəbər verir ki, onlardan 712 nəfəri ayyarımdan artıq İokohama şəhərinin limanında karantində saxlanılmış “Diamond Princess” gəzinti gəmisinin sərnişinləridir.

Ölkədə indiyədək koronavirusdan 65 nəfər ölüb.

Bundan əvvəl Baş nazir Şinzo Abe hazırkı şəraitdə fövqəladə vəziyyət elanına ehtiyac olmadığını, lakin “bir daha kritik məqamla üz-üzə” qaldıqlarını diqqətə çatdırmışdı.

Xatırladaq ki, ilk dəfə ötən il dekabrın 31-də Çinin Vuhan şəhərində aşkarlanan COVID-19 virusu ötən müddət ərzində demək olar, bütün dünyaya yayılıb. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun pandemiya olduğunu rəsmən elan edib.

Son xəbərlər

Orphus sistemi