Yaponiyada keflənib yolda yuxuya gedənlərin sayı artır

Yaponiyada keflənib yolda yuxuya gedənlərin sayı artır Yaponiyanın cənubundakı Okinava prefekturasında (əyalətində) içkili vəziyyətdə yolun ortasında düşüb yuxuya gedənlərin sayca çox olması ciddi problemə çevrilib.
Digər ölkələr
20 Avqust , 2020 13:02
Yaponiyada keflənib yolda yuxuya gedənlərin sayı artır

Yaponiyanın cənubundakı Okinava prefekturasında (əyalətində) içkili vəziyyətdə yolun ortasında düşüb yuxuya gedənlərin sayca çox olması ciddi problemə çevrilib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, ötən il polis 7221 “rojo-ne” adı verilən bu hal qeydə almışdı. Bu ilin 6 ayında isə sözügedən hadisələrlə bağlı 2 702 dəfə müraciət edilib.

Keflənib yolda yuxulayanlardan bir qismi yastıq əvəzinə ipdən istifadə etdiyi, bəzilərinin isə evlərində olduqlarını düşünərək hətta üst paltarını soyunduqları da bildirilir.

“The Quardian” yerli sakinlərə istinadən xəbər verir ki, ilıq iqlimdə yerləşən Okinava əhalisi düyüdən hazırlanan avamori spirtli içkisini geniş istifadə etdiyi üçün insanların içkili vəziyyətdə yolun ortasında yuxuya getməsi adi hala çevrilir.

“The Mainichi” xəbər verir ki, yerli polis rəisi Tadataka Miyazava bu halların Okinavaya xas olduğunu düşündüyünü bildirib.

Belə halların adətən hər hansı narahatlıq yaratmasa da, 13 dəfə qəzaya, 3 dəfə isə insan ölümünə səbəb olduğu qeyd edilir.

Son xəbərlər

Orphus sistemi