​Yaponiyada keçiriləcək G7 sammitini ordu, hərbi gəmilər və 42 min polis mühafizə edəcək

​Yaponiyada keçiriləcək G7 sammitini ordu, hərbi gəmilər və 42 min polis mühafizə edəcək Sammit 26-27 may tarixlərində Kasikodzima adasında keçiriləcək
Digər ölkələr
25 May , 2016 06:52
​Yaponiyada keçiriləcək G7 sammitini ordu, hərbi gəmilər və 42 min polis mühafizə edəcək

Bakı. 25 may. REPORT.AZ/ "Böyük yeddilik" ölkələrinin 26-27 may tarixlərində Yaponiyanın Sakit okeanda yerləşən Kasikodzima adasının İse-Sima milli parkında keçiriləcək sammiti öncəsi misli görünməmiş təhlükəsizlik tədbirləri görülüb.

"Report" xəbər verir ki, müşavirənin keçiriləcəyi yerdən 300 km. şimal-şərqdə yerləşən Tokioda küçə və müxtəlif obyektlərin mühafizəsi üçün 19 min polis səfərbər edilib.

Vağzallar, ticarət mərkəzləri və insanların sıx olduğu başqa yerlərdə onlar cüt-cüt, əksər hallarda isə bir-birilərindən cəmi bir neçə on metr məsafədə gəzib-dolaşacaqlar. İse-Sima milli parkının yerləşdiyi Mie və ona bitişik Ayti perfekturalarına Yaponiyanın müxtəlif rayonlarından 23 min polis əməkdaşı cəlb olunub.

Onlar keşik çəkməklə yanaşı keçib gedən avtomobilləri yoxlamaq üçün qurulacaq çoxsaylı blok-postlarda məşğul olacaqlar.

Sammitin keçirildiyi yeri dənizdən 100-ə yaxın sahil mühafizə katerləri mühasirəyə alacaq. Əraziyə Yaponiya Hərbi Dəniz Qüvvələrinin su basımı 19,5 ton olan "İdzumo" böyük vertolyotdaşıyan gəmisi də daxil olmaqla raket esminesləri yaxınlaşdırılıb.

İse-Sima ərazisinin hava məkanı uçuşsuz zonadır və onun səmasına radar və döyüş təyyarələri nəzarət edir.

Son xəbərlər

Orphus sistemi