Yuxarı
    Bağlamaq

    ​Yaponiyada anomal istilərlə əlaqədar 4100 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 8-i ölüb

    Aprelin sonlarından indiyədək xəstəxanalara ümumilikdə 25 min nəfər müraciət edib

    Bakı. 2 avqust. REPORT.AZ/ Son 1 həftə ərzində Yaponiyada 4100 nəfərdən çox adam anomal istilərlə əlaqədar xəstəxanaya yerləşdirilib, onlardan 8-i dünyasını dəyişib.

    "Report" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin və tibbi yardım funksiyasını həyata keçirən Baş Yanğın İdarəsi məlumat yayıb.

    Məlumata görə, aprelin sonlarından indiyədək xəstəxanalara ümumilikdə 25 min nəfər müraciət edib. 

    Onların əksəriyyəti kənddə yaşayan və açıq havada çox işləyən yaşlı insanlardır.

    Yaponiyada qızmar istilər iyunun ortalarından başlayıb.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi