​Yaponiyada iki tankerin toqquşması nəticəsində dənizə neft axıb

​Yaponiyada iki tankerin toqquşması nəticəsində dənizə neft axıb Yaponiyaya məxsus tankerdən neft axmağa başlayıb, sahil mühafizə xidməti ərazini nəzarətə alıb
Digər ölkələr
17 Oktyabr , 2015 13:34
​Yaponiyada iki tankerin toqquşması nəticəsində dənizə neft axıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu gün Yaponiyanın Mutsure adası sahillərində (Yamaquti prefekturası) iki tanker toqquşub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin sahil mühafizə xidmətindən bildirilib.

Qəza 2 018 ton su tutumu olan Yaponiyanın "Vakomaru" neft daşıyan tankeri və Panamaya məxsus 3 498 ton su tutumlu kimya məhsullarının daşınması üçün nəzərdə tutulan "Salfa qarland" tankerinin toqquşması nəticəsində baş verib.

Yaponiyaya məxsus tankerdən neft axmağa başladığı və sahil mühafizə xidməti əməkdaşlarının artıq ərazini nəzarətə aldığı da bildirilir. Qəzanın digər təfərrüatları və onun masştabı haqqında hələlik məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi