Yaponiyada ictimai yerlərdə siqaret çəkənlər 2700 dollaradək cərimələnəcəklər

Yaponiyada ictimai yerlərdə siqaret çəkənlər 2700 dollaradək cərimələnəcəklər Yaponiyada ictimai yerlərdə siqaret çəkməyi qadağan edən yeni qanun qüvvəyə minib.
Digər ölkələr
1 İyul , 2019 11:05
Yaponiyada ictimai yerlərdə siqaret çəkənlər 2700 dollaradək cərimələnəcəklər
Getty

Yaponiyada ictimai yerlərdə siqaret çəkməyi qadağan edən yeni qanun qüvvəyə minib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, passiv siqaret çəkmə riskinə qarşı nəzərdə tutulan qadağa məktəb, xəstəxana, dövlət orqanları və yerli hakimiyyət orqanlarına tətbiq edilir.

Qanunla həmçinin açıq havada təyin olunan xüsusi siqaret çəkmə zonalarının olması da nəzərdə tutulur.

Bu qanunun pozulduğu müəssisənin rəhbərliyi 4600 dollar məbləğində cərimələnəcək. Siqaret çəkmə haqqında qanunu pozan fərdi şəxslər isə xəbərdarlıqları nəzərə almadan yanlış yerlərdə siqaret çəkdikləri halda 2700 dollara qədər cərimə ödəmək məcburiyyətində qalacaqlar.

Qeyd edək ki, Yaponiyada hələ restoran və barlarda, eləcə də özəl korporasiyalarda siqaret çəkməyə icazə verilir, lakin 2020-ci il aprelin 1-dən etibarən o məkanlarda da siqaret çəkmək qadağan olunacaq.

Son xəbərlər

Orphus sistemi