Bakı. 17 dekabr. REPORT.AZ/ Yaponiyanın Hokkaydo adasında qarla örtülmüş yolda turistləri daşıyan avtobus aşıb.
“Report” "Sinxua"ya istinadən xəbər verir ki, avtobus Cənubi Koreyadan olan turistləri daşıyırmış.
Bildirilir ki, sürücü və sərnişinlər xəstəxanaya yerləşdirilib. Onların bəziləri ciddi xəsarət alıb.