Yaponiyada hökumətin yeni tərkibi formalaşdırılıb
Digər ölkələr
- 11 sentyabr, 2019
- 07:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Yaponiyada hökumətin yeni tərkibinin formalaşdırılması çərçivəsində 13 nazirliyin, o cümlədən Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin rəhbəri dəyişib.
"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" Yaponiya hökumətinin Baş katibi Yosihide Suqanın bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, Yaponiyanın İqtisadiyyatın bərpası üzrə sabiq naziri Tosimitsu Moteqi yeni Xarici İşlər naziri olub, XİN başçısı vəzifəsini tutan Taro Kono isə Müdafiə naziri təyin edilib.
Nazirlər Kabinetinin tərkibinin yenilənməsindən sonra yalnız iki siyasətçi - Suqa və Maliyyə naziri Taro Aso vəzifəsini qoruyub.
Daha əvvəl Yaponiya hökumətinin tam heyətlə istefaya getdiyi bildirilmişdi.
Son xəbərlər
01:42
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
Region
01:19
Türkiyənin 5 şəhərində keçirilən dələduzluq əməliyyatında 12 şübhəli saxlanılıb
Region
00:41
ABŞ Milli Təhlükəsizlik Agentliyinin daxili şəbəkəsinin fəaliyyəti bərpa olunub
Digər ölkələr
00:21
Fransa Senatı polisin silah tətbiqinə dair qanun layihəsini təsdiqləyib
Digər ölkələr
23:51
Almaniyada gənclərin etiraz aksiyalarında 87 min nəfər iştirak edib
Digər ölkələr
23:31
Braziliyada güclü fırtına nəticəsində azı 3 nəfər ölüb
Digər ölkələr
23:21
Azərbaycanın üç ABŞ universiteti ilə aqrar sahədə əməkdaşlıq imkanları müzakirə olunub
ASK
23:07
Rubio: ABŞ, Rusiya və Çin liderləri arasında təmaslar əvəzsizdir
Digər ölkələr
22:57
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
Digər ölkələr