Bakı. 19 dekabr. REPORT.AZ/ Yaponiyada güclü qar yağması nəticəsində ölənlərin sayı artıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, artıq ikinci gündür Yaponiyanın şimalında və qərbində güclü qar yağır. Ölkənin Hokkaydo adasına, eləcə də Niiqata, Akita, Xirosima, Ayti və başqa prefekturalarına yağıntı nəticəsində 9 nəfər ölüb.
Ölüm halları əsasən, evlərin damları qardan təmizlənərkən baş verib.
Qarın hündürlüyü 1,61 - 2,41 metrə çatıb.