Yaponiyada "ebola"ya yoluxma faktı qeydə alınıb

Yaponiyada "ebola"ya yoluxma faktı qeydə alınıb Qvineyadan vətənə qayıdan Yaponiya vətəndaşında virusa məxsus qızdırma əlamətləri müşahidə olunub
Digər ölkələr
16 İyul , 2015 06:03
Yaponiyada ebolaya yoluxma faktı qeydə alınıb

Bakı. 16 iyul. REPORT.AZ/ Qvineyaya üç aylıq ezamiyyətdən sonra vətənə qayıdan Yaponiya vətəndaşının ölümcül “ebola” virusuna yoluxduğu iddia edilib.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, adı açıqlanmayan bu şəxsdə virusa məxsus qızdırma əlamətləri müşahidə olunub.

Tokio Beynəlxalq Hava limanından birbaşa xəstəxaya çatdırılan xəstədən artıq qan nümunələri alınıb. Nəticələr məlum olduqdan sonra dəqiq diaqnoz qoyulacaq.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Afrika ölkələrində yayılan Ebola virusu 11 mindən çox insanın həyatına son qoyub. 

Son xəbərlər

Orphus sistemi