Yaponiyada daşqınlar nəticəsində 3 nəfər ölüb

Yaponiyada daşqınlar nəticəsində 3 nəfər ölüb Çərşənbə günü səhər Yaponiyanın cənub-qərbində leysan yağışları səbəbindən yaranan daşqınlar nəticəsində azı 3 nəfər həyatını itirib.
Digər ölkələr
28 Avqust , 2019 07:45
Yaponiyada daşqınlar nəticəsində 3 nəfər ölüb

Çərşənbə günü səhər Yaponiyanın cənub-qərbində leysan yağışları səbəbindən yaranan daşqınlar nəticəsində azı 3 nəfər həyatını itirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Bildirilir ki, ölüm halları Fukuoka və Saqa prefekturalarında qeydə alınıb.

"Kiodo"nun məlumatına görə, Saqa şəhərində dəmiryolu stansiyası su altında qalıb.

Yaxın günlərdə güclü yağışlar Küsü adasının şimalında və Tokio boyunca digər rayonlarda gözlənilir.

Son xəbərlər

Orphus sistemi