Yaponiyada daşqın qurbanlarının sayı artır

Yaponiyada daşqın qurbanlarının sayı artır Yaponiyanın cənub-qərbində yerləşən Kyuşü adasında davam edən güclü yağışlar və daşqınlar nəticəsində həlak olanların sayı 72nəfərə çatıb, daha 13nəfərin itkin düşdüyü bildirilir.
Digər ölkələr
13 İyul , 2020 08:34
Yaponiyada daşqın qurbanlarının sayı artır
0 : 00
0 : 00

Yaponiyanın cənub-qərbində yerləşən Kyuşü adasında davam edən güclü yağışlar və daşqınlar nəticəsində həlak olanların sayı 72 nəfərə çatıb, daha 13 nəfərin itkin düşdüyü bildirilir.

"Report" "TASS"a istinadən xəbər verir ki, ölənlərin hamısı leysan yağışlar nəticəsində əmələ gələn torpaq sürüşmələri və daşqınların qurbanlarıdır.

Leysan yağışları ən çox Kumamoto prefekturasına ziyan vurub. Belə ki, Kuma çayı böyük fəsadlar törədib. Ərazidə qatarların və marşrut avtobusların hərəkəti dayandırılıb. Həlak olanların 64-ü bu prefekturadan olub.

Yaponiya Meteorologiya Agentliyi Qifu və Naqano prefekturalarda fövqəladə xəbərdarlığı ən yüksək səviyyə qaldırıb. Bildirilir ki, bu ərazilərdə belə güclü yağışlar son bir neçə on ildə müşahidə edilməyib.

Həmin ərazilərdə təqribən 60 min nəfərə təcili təxliyə barədə xəbərdarlıq göndərilib.

Son xəbərlər

Orphus sistemi