Yaponiyada COVID-19-a yoluxma hallarının sayı 31,3 mini ötdü

Yaponiyada COVID-19-a yoluxma hallarının sayı 31,3 mini ötdü “Diamond Princess” gəmisində aşkar edilmiş 712 yoluxmada nəzərə alınmaqla Yaponiyada koronavirus xəstələrinin sayı 31,3 min nəfəri ötüb.
Digər ölkələr
26 İyul , 2020 18:33
Yaponiyada COVID-19-a yoluxma hallarının sayı 31,3 mini ötdü

“Diamond Princess” gəmisində aşkar edilmiş 712 yoluxma da nəzərə alınmaqla Yaponiyada koronavirus xəstələrinin sayı 31,3 min nəfəri ötüb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, ölkədə bir gün ərzində COVID-19-a 825 yeni yoluxma aşkarlanıb.

NHK telekanalının məlumatına görə, yeni yoluxma hallarının ən böyük sayı Tokioda (239 nəfər) və Osakada (141 nəfər) təsdiqlənib. Həmçinin yoluxmaların say artımı Aiti (80 nəfər) və Fukuoka (90 insan) prefekturalarında da müşahidə olunur.

Yaponiyada epidemiya ərzində ümumilikdə 1 011 nəfər ölüb. Daha 66 pasiyentin vəziyyəti ağır qiymətləndirilir. Ölkədə virusa yoluxmuş 22 421 insan sağalıb.

Son xəbərlər

Orphus sistemi