Yuxarı
    Bağlamaq

    Yaponiyada avtomobil məktəbliləri vurub, 9 nəfər yaralanıb

    Qəza Xyoqo perfekturasında baş verib

    Bakı. 27 avqust. REPORT.AZ/ Yaponiyada minik avtomobili ilə "taksi"nin toqquşması nəticəsində maşınlardan biri məktəblilərdən ibarət qrupun üzərinə gedib, 9 nəfər yaralanıb.

    "Report" xəbər verir ki, bu barədə şənbə günü NHK teleşirkəti məlumat yayıb.

    Qəza Xyoqo perfekturasında baş verib. Yol kəsişməsində iki avtomobil toqquşub. Qəza zamanı taksi məktəblilərin üstünə gedib. Nəticədə onlardan 7 nəfəri yaralanıb, bundan əlavə taksidə olan iki məktəbli xəsarət alıb.

    Zərər çəkən məktəblilər xəstəxanaya yerləşdirilib. Polis hadisənin səbəblərini araşdırır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi