Yaponiyada 5,3 maqnitudada zəlzələ olub

Yaponiyada 5,3 maqnitudada zəlzələ olub Yaponiyanın şərqində, Tokio yaxınlığında 5,3 maqnitudada zəlzələ qeydə alınıb, lakin sunami təhlükəsi yoxdur.
Digər ölkələr
21 Mart , 2024 07:18
Yaponiyada 5,3 maqnitudada zəlzələ olub

Yaponiyanın şərqində, Tokio yaxınlığında 5,3 maqnitudada zəlzələ qeydə alınıb, lakin sunami təhlükəsi yoxdur.

"Report"un məlumatına görə, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Yeraltı təkanların episentri Totiqi prefekturasında olub. Zəlzələ ocağı 50 km dərinlikdə yerləşib.

Ölkənin Nüvə Tənzimləmə Təşkilatının məlumatına görə, Totiqi ilə bitişik İbaraki prefekturasındakı “Tokay-2” atom elektrik stansiyası da daxil olmaqla, bölgədə yerləşən nüvə obyektlərində heç bir fövqəladə vəziyyət qeydə alınmayıb.

Zəlzələ ilə əlaqədar olaraq Tokio və Aomori arasında olan xəttdə ekspress reys müvəqqəti olaraq dayandırılıb. Buna səbəb elektrik kəsilməsi olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Yeraltı təkanlar İbaraki, Saytama, Tiba və Tokio prefekturalarında hiss olunub.

Son xəbərlər

Orphus sistemi