Bakı. 18 iyul. REPORT.AZ/ Ötən həftə Yaponiyada 12 nəfər isti hava şəraitinin qurbanı olub.
"Report" xəbər verir ki, bu barədə TASS ölkənin Baş Yanğınsöndürmə İdarəsinə istinadən məlumat yayıb.
Məlumatda qeyd edilir ki, təxminən daha 10 min insan günvurma ilə əlaqədar xəstəxanalara yerləşdirilib. Havanın ən yüksək temperaturu ölkənin mərkəzi və qərb regionlarında qeydə alınıb.
Xatırladaq ki, ötən yayda da Yaponiyada yüzlərlə insan anomal hava şəraitindən əziyyət çəkib.