Yaponiyada son bir həftədə 8,1 min nəfəri gün vurub
Digər ölkələr
- 27 iyul, 2021
- 23:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Yaponiyada bir həftə ərzində günvurma ilə əlaqədar 8 mindən çox insan xəstəxanaya yerləşdirilib.
“Report”un məlumatına görə, bu barədə NHK telekanalı bildirib.
Ölkənin Fövqəladə Hallar Nazirliyi rolunu yerinə yetirən yanğınsöndürmə idarəsinin məlumatına görə, iyulun 19-dan 25-dək xəstəxanalara azı 8 122 insan göndərilib. Bu, ötən həftə ilə müqayisədə 1,8 dəfə çoxdur.
Qeyd edilir ki, anomal istilərdən azı 23 insan ölüb.
Yaponiyada günvurma ilə bağlı əsasən yaşı 60-dan yuxarı olan sakinlər xəstəxanalara yerləşdirilib. Ölkədə ən isti hava iyul və avqust aylarında müşahidə edilir.
Çərşənbə günü regionların əksəriyyətində havanın temperaturu 30 dərəcəni ötəcək.
Son xəbərlər
12:55
Azərbaycan ərazisi ilə 9 ayda 12 milyon tondan çox tranzit yük daşınıb
İnfrastruktur
12:53
Hafiz Səfixanov: Minatəmizləmədə itlərdən istifadə çox əlverişlidir
Sosial müdafiə
12:51
Vyetnam Ukraynaya 500 min dollarlıq humanitar yardım göndərib
Digər ölkələr
12:50
Azərbaycan Qiymətləndiricilər Palatası ötən ay üzrə Tikinti İndekslərini açıqlayıb
Biznes
12:49
MMX rəsmisi: "İnzibati cərimələr bankların beynəlxalq əlaqələrinə problemlər yarada bilər"
Maliyyə
12:49
Kamran Əliyev Şirvan şəhərinə və Bakının iki rayonuna prokuror təyin edib - Yenilənib
Hadisə
12:48
Dövlət Xidməti: Proqram təminatlarında ciddi boşluqlar aşkar olunur
İKT
12:44
Azər Abbasov: "Bank və notariuslar cinayət əlamətlərini müəyyən edərək hesabat təqdim etməlidir"
Maliyyə
12:40
Aİ-də yüksək riskli süni intellekt sistemlərinə dair məcburi tələblər gələn ilin sonunadək təxirə salınıb
İKT