Yaponiyada baş verən güclü zəlzələ zamanı xəsarət alanların sayı 12 nəfərə çatıb - YENİLƏNİB

Yaponiyada baş verən güclü zəlzələ zamanı xəsarət alanların sayı 12 nəfərə çatıb - YENİLƏNİB Kyuşu sahillərində baş verən güclü zəlzələdən sonra bir metr hündürlüyündə sunami Yaponiyanın Miyazaki prefekturasının sahillərinə çatıb.
Digər ölkələr
8 Avqust , 2024 20:13
Yaponiyada baş verən güclü zəlzələ zamanı xəsarət alanların sayı 12 nəfərə çatıb - YENİLƏNİB

Yaponiyanın cənub-qərbində baş vermiş güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 12 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

“Bütün bölgələr üçün sunami təhlükəsi aradan qaldırılıb. Buna qədər qeydə alınan dalğaların hündürlüyü 20 sm-dən 80 sm-ə qədər olub”, - məlumatda bildirilir.

Qeyd olunur ki, son illər yaponiyalı seysmoloqları ölkənin əsas adası olan Honsünün mərkəzi hissəsindən cənub-şərqdə yerləşən Nankay çökəkliyində zəlzələ olması ehtimalı ciddi narahat edir. Çünki burada təxminən 100-200 ildə bir dəfə 8 bal gücündə zəlzələlər baş verir.

Alimlərin fikrincə, yaxın 30 il ərzində 8 və ya 9 bal gücündə zəlzələnin baş vermə ehtimalı 70-80 % təşkil edir. Bu halda ölkənin əhəmiyyətli hissəsi əziyyət çəkəcək, onun Sakit okean sahillərinə isə hündürlüyü 30 m-dən çox olan sunami gələ bilər.

13:03

Yaponiyanın Kyuşu adası sahillərində baş verən güclü zəlzələdən sonra hündürlüyü bir metr olan sunami ölkənin Miyazaki prefekturasının sahillərinə çatıb.

"Report" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Xatırladaq ki, avqustun 8-də Yaponiyanın cənub-qərbindəki Kyuşu adasında 7,1 maqnitudalı zəlzələ olub.

Son xəbərlər

Orphus sistemi