Yaponiya sağlam uzunömürlülük üzrə dünya rekorduna imza atıb
Digər ölkələr
- 30 dekabr, 2021
- 04:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Yaponiya sağlam uzunömürlülük - qocaların köməksiz və qayğıya ehtiyacı olmayan yaşı üzrə dünya rekordu qırıb.
“Report” “Rg.ru”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Əmək, Səhiyyə və Rifah Nazirliyi məlumat yayıb.
Hakimiyyət orqanlarının məlumatına görə, Yaponiyada sağlam uzunömürlülük yaşı həm kişilər, həm də qadınlar üçün dünyada ən yüksək səviyyəyə çatıb. Qadınlar üçün bu 75,5, kişilər üçün 72,6 yaşdır. 2001-ci illə müqayisədə “sağlam uzunömürlülük” yaşı qadınlarda 2,73, kişilərdə isə 3,28 yaş artıb.
Nazirlik həmçinin qeyd edib ki, Yaponiya G7 ölkələri arasında ən yüksək ömür uzunluğuna malikdir. Kişilərdə bu 81,4, qadınlarda isə 87,4 yaş təşkil edir.
Son xəbərlər
09:33
"Gəncə" FIBA Avropa Kubokunda üçüncü oyununa çıxacaq
Komanda
09:33
MDB ölkələri Xankəndidə antiinhisar əməkdaşlığının yeni prioritetlərini müəyyən edəcək
Biznes
09:31
MDB çərçivəsində marketpleyslər sahəsində qarşılıqlı fəaliyyətin model prinsipləri hazırlanıb
Biznes
09:29
Azərbaycan neftinin qiyməti 125 dolları keçib
Energetika
09:25
Azərbaycan millisi U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirəcək
Futbol
09:13
Azərbaycan Kubokunun II təsnifat mərhələsinə bu gün yekun vurulur
Futbol
09:11
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir
Biznes
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (29.10.2026)
Maliyyə
09:05
Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib
Xarici siyasət